Modern.az

Suriyada rusiyalı jurnalistlər atəşə tutuldular: 3 nəfər yaralandı

Suriyada rusiyalı jurnalistlər atəşə tutuldular: 3 nəfər yaralandı

24 Noyabr 2015, 13:38



Rusiyadan olan bir qrup jurnalist Suriyanın Salma şəhəri yaxınlığında minaatanla atəşə tutulub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, reportyorlar 3 avtomobillə Suriya hərbçilərinin bir neçə gün əvvəl qızğın döyüşlər nəticəsində ələ keçirdikləri Əl Zuaek yüksəkliyinə gedəndə hücuma məruz qalıblar. 

Jurnalistlərin olduğu birinci avtomobil yayına bilsə də, ikisinə “Əl-Nusra Cəbhəsi” nin yaraqlıları Nuba dağından minaatanlarla atəş açıblar. Üç nəfər qəlpə yarası alıb. Onlar TASS-ın müxbiri Aleksandr Yelistratov, eləcə də RT telekanalının jurnalistləri Sarqon Hadayya və Roman Kosarevdir. Hazırda yaralılar tibb məntəqəsindədirlər, həyatları üçün təhlükə olmadığı bildirilir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir