Modern.az

Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib

  Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib

24 Noyabr 2015, 20:01

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfərdən imtina edib. Modern.az saytı “CNN Türk”  telekanalına istinadən xəbər verir ki,  S.Lavrovun noyabrın 25-nə planlaşdırılan səfəri bu gün Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasından sonra ləğv edilib.  

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir