Modern.az

Yerevanda terror planlaşdıran 10 silahlı tutulub

Yerevanda terror planlaşdıran 10 silahlı tutulub

25 Noyabr 2015, 11:22



Ermənistanın Milli Təhlükəsizlik Xidməti və polis təpədən-dırnağa qədər silahlanaraq Yerevanda terror planlaşdıran 10 nəfərlik dəstəni zərərsizləşdirib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, noyabrın 25-də Milli Təhlükəsizlik Xidmətinin terror əleyhinə dəstəsinin (Alfa) baş polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları operativ məlumat əsasında Yerevanda çox böyük cinayətin qarşısını alıblar.

  Məlumatda qeyd edilir ki, əməliyyat zamanı Yerevanın Nork-Maraş administrativ dairəsindəki 9-cu küçədəki şəxsi evlərdən birində böyük sayda silah və sursat aşkar olunub. Küçə hazırda ciddi polis nəzarətindədir.  

Bildirildiyinə görə, tərksilah edilənlər müasir silahlar , partlayıcılar əldə edərək Ermənistan paytaxtında terror aktları həyata keçirməyi planlaşdırıblar. Saxlanılar arasında 3 əcnəbi qızın olduğu bildirilir.    

Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir