Modern.az

Azərbaycanlı sahibkar Londonda Direktorlar İnstitutuna üzv seçilib

Azərbaycanlı sahibkar Londonda Direktorlar İnstitutuna üzv seçilib

Təhsil

30 Noyabr 2015, 16:19

 

Azərbaycanlı sahibkar Londonda Direktorlar İnstitutuna üzv seçilib.

Modern.az xəbər verir ki, Azərbaycanlı sahibkar, “Murphy Shipping and Commersial Services Azerbaijan" şirkətinin baş direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Londonda Direktorlar İnstitutunun üzvü seçilib.  

Məlumat üçün bildirək ki, şirkət beynəlxalq yükdaşıma layihələrində özünə məxsus iz qoyub və bu əməkdaşlıq etdiyi təşkilatların artım dinamikasında da göstərir. Dövlət müstəqilliyimizin ilk illərində ölkəmizə gələn "Murphy Shipping and Commercial Services Azerbaijan" artıq 20 ildən çoxdur ki, Azərbaycandadır. Əsasən logistika, nəqliyatdaşıma, ambar və gömrük broker xidmətləri göstərən şirkətin müştəriləri arasında yerli və transmilli kampaniyalar yer alır.

Xatırladaq ki, Qərargahı Böyük Britaniyada - Londonda yerləşən "Murphy Shipping and Commercial Services ltd." 40 ildən çoxdur ki, yükdaşıma xidmətləri ilə tanınır. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar