Modern.az

Rusiya prezidenti Bakıya gəlir

Rusiya prezidenti Bakıya gəlir

15 Noyabr 2010, 17:14

Rusiya prezidenti Dmitri Medvedev noyabrın 18-də Bakıya gələcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, DşMedvedevin Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcəyi gözlənilir.

Zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq.

Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir.

Dövlət başçılarının sonda Bəyannamə imzalayacaqları bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi