Modern.az

Milli Ensiklopediyanın 1-ci cildi 25 min nüsxədə çap olunub

Milli Ensiklopediyanın 1-ci cildi 25 min nüsxədə çap olunub

16 Noyabr 2010, 22:19

Azərbaycan Milli Ensiklopediyasının A hərfinə aid birinci cildi 25 min nüsxə tirajla çap olunub. 
Universal ensiklopediyanın ikinci cildi üzərində işlər yekunlaşaraq, nəşriyyata təhvil verilib və cari ilin sonuna kimi işıq üzü görəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ensiklopediyanın birinci cildi kitabxanalara, idarə və müəssisələrə pulsuz paylanacaq. Kitabın Almaniyada nəşrə hazırlanan 10 min nüsxəsi isə satış üçün nəzərdə tutulub.
Universal nəşrin A hərfi ilə başlayan birinci cildində 4 mindən artıq termin verilib və hər bir terminin elmi əsaslara söykənən izahı var.
Hər il Ensiklopediyanın iki cildinin nəşri nəzərdə tutulub. Hazırda Milli Ensiklopediya üzərində Elmi Mərkəzin 10 ayrı-ayrı redaksiyasının əməkdaşları çalışır. Respublikanın yüksək ixtisaslı alim və ziyalıları da bu işə yaxından kömək edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu