Modern.az

Mərhum eks-spiker Murtuz Ələsgərov FOTOLARDA

Mərhum eks-spiker Murtuz Ələsgərov FOTOLARDA

Fotosöhbət

7 Avqust 2012, 10:52

Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.
1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri idi.
Yeni Azərbaycan Partiyası sədrinin müaviniydi.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 3 övladı var.
 

Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin tələbəsi olarkən...

Gənc Murtuz tələbə yoldaşlarının əhatəsində (tən ortada əyləşib).

Universitet yataqxanasında (sağdan 1-ci).

Unudulmaz o illər... Onun tar çalmağı da olub...

Ömrün bahar çağında...

Gənc Murtuz Ələsgərov artıq universitetin müəllimidir.

Ailə üzvlərilə birgə...

Murtuz müəllim auditoriyada...

Pedaqoji fəaliyyətin rektor zirvəsində...

Murtuz müəllimim həyat yoldaşı Nabat xanım nəvələriylə birgə...

Ömür-gün yoldaşı Nabat xanımla...

Türkiyə Cümhuriyyətinin o zamanki prezidenti Əhməd Necdət Sezərlə...

Spikertin 70 yaşı tamam olub. Deputatlar onu təbrikə gəliblər.

İran prezidenti Məhəmməd Xatəmi ilə...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XVII plenar sessiyasında.

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Aytac Yalman Milli Məclisin spikerinin qəbulunda.

Vatikan dövlətinin nümayəndə heyəti Milli Məclisdə.

Professor İhsan Doğramacı ilə...

Soldakı Moskva şəhərinin əvvəlki meri Yuri Lujkov, sağdakı Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevdir.

Heydər Əliyevlə birgə...

Çində səfərdə olarkən...

Spiker Murtuz Ələsgərov məcburi köçkünlərlə görüşdə...

Şəhidlər Xiyabanında...

8 mart bayramında xanım deputatları təbrik zamanı...

Milli Məclisin sədrinə jurnalistlərin sualları həmişə çox olur...

BMT Baş katibinin müavini Antonio Maria Kosta ilə..

Prezident İlham Əliyevlə birlikdə...

Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Böyük Britaniyada.

Murtuz Ələsgərov öz xanımı ilə prezident seçkisinin səsverməsinə gedir...

Murtuz Ələsgərov xanımı, oğlanları, gəlinləri və nəvələriylə... 

İki spiker: biri keçmiş, o biri indiki...

Ömrün ahıllıq çağı....


P.S. Murtuz Ələsgərovla bu fotosöhbət Modern.az-da onun sağlığında - 2010-cu ildə dərc olunmuşdu...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu