Modern.az

YAP-ın yeni deputatı: “Parlamentdə qaldırmaq istədiyim xeyli məsələ var”

YAP-ın yeni deputatı: “Parlamentdə qaldırmaq istədiyim xeyli məsələ var”

18 Noyabr 2010, 13:16

41 saylı Sumqayıt I seçki dairəsində 10 rəqibinə qalib gələrək 9158 səslə deputat seçilən YAP-ın yeni deputatı Leyla Abdullayeva parlament seçkiləri ilə bağlı təəsüratlarını Modern.az saytına bildirib.
Qeyd edək ki, uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvü olan L.Abdullayeva hazırda Sumqayıt şəhərindəki 18 nömrəli orta məktəbin direktoru vəzifəsində çalışır. O, hakim partiyanın həmin dairədəki vahid namizədi idi.

Seçkilərin şəffaf və ədalətli keçdiyini vurğulayan L.Abdullayeva saytımıza açıqlamasında deyib ki, insanlar istədikləri, inandıqları namizədlərə səs veriblər.
”Xalqımız artıq ağı qaradan seçə bilir. Ona görə də bizim partiyanın namizədləri əksər dairələrdə seçicilərin səsini aldılar. İnşallah mandatımı alandan sonra həm mənsub olduğum partiyanın, həm də seçicilərimin etimadını qazanmağa çalışacağam”-deyə L.Abdullayeva bildirib.

”Parlamentdə ilk qaldırmaq istədiyiniz məsələ nə olacaq” sualına qalib namizəd “platformamda xeyli məsələ var. Ancaq mən təhsil işçisi olduğum üçün ilk  növbədə bu sahə ilə bağlı məsələləri gündəmə gətirməyə çalışacam” deyə cavab verib.

L.Abdullayevanın sözlərinə görə, müəllimlərin istirahət və müalicə məsələləri onun üçün prioritet olacaq: “Bu sahədə müəllimlərin həmkarlar komitələrinin fəaliyyətinin də yüksəlişinə böyük ehtiyac var. Bələdiyyə məktəbləri, bələdiyyə xəstəxanalarının yaradılması üçün də müəyyən təkliflərim olacaq. Təbii ki, bu sırada seçicilərimin təklifləri də öncül yerdə dayanacaq”.  

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi