Modern.az

Xəyanətə uğrayan prezidentin yeni 1-ci ledisi - FOTOLAR

Xəyanətə uğrayan prezidentin yeni 1-ci ledisi - FOTOLAR

8 Dekabr 2015, 17:09

Estoniyada ölkə prezidenti Toomas Hendrik İlvesin iştirakı ilə cərəyan edən sevgi dramı sonlanmaq üzrədir. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya dövlət başçısı Latviya Müdafiə Nazirliyinin kibertəhlükəsizlik şöbəsinin rəisi İevo Kuptseyə evlənmək təklif edib.

Bundan bir neçə ay öncə isə bütün estonlar ölkə başçsının halına acıyırdılar. Belə ki, ötən ilin avqustunda Estoniyanın 47 yaşlı 1-ci ledisi Evelin İnt-Lambot çimərliklərdən birində qaradərili gənclə öpüşərkən yaxalanmışdı. Evelin Lambotun ərinə xəyanət etdiyi görüntülər tək Estoniyanı deyil, bütün regionu təəccübləndirmişdi.

Təbii ki, Toomas İlves həyat yoldaşının xəyanətini bağışlamadı və onunla boşanır. Bu ilin aprelində qüvvəyə minən boşanma şərtlərinə görə, Evelin İnt-Lambot 1-ci ledi kimi bütün imtiyazlarını itirəcək, lakin prezidentlə ortaq qızları olan 12 yaşlı Kadri Keyuya görə xeyli aliment alacaq.

Amma onu da demək yerinə düşər ki, boşanma proseduru Estoniya prezidenti üçün tanışdır. Belə ki, onun psixoloq Meri Ballokla uğursuz başa çatan ilk nikahından Luukasa Kristyan adlı oğlu və Yulia Kristiyne adlı qız övladı var.

Estoniya prezidentinin ailə quracağı İevo Kuptse də bundan əvvəl uğursuz evlilik təcrübəsi yaşayıb. Estoniyanın gələcək 1-ci ledisinin Latiyanın Yunanıstandakı səfiri İvars Pundursdan 1 oğlu var.





Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı