Modern.az

Sabir Rüstəmxanlı Türkiyədə olmuş deputatları futbol komandasına bənzədib

Sabir Rüstəmxanlı Türkiyədə olmuş deputatları futbol komandasına bənzədib

20 Oktyabr 2009, 12:26

Bu günlərdə Milli Məclisinin 11 deputatından ibarət nümayəndə heyəti Türkiyəyə səfər edərək rəsmi Ankaraya Türkiyə-Ermənistan arasında məlum protokolların imzalanması ilə bağlı Azərbaycanın narahatlığını çatdırıb. Modern.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı oktyabrın 20-də Milli Məclisdəki çıxışı zamanı Ankaraya 11 millət vəkilinin göndərilməsini məqsəduyğun saymayıb.
O, 11 nəfərlik duputat heyətini futbol komandasına bənzədib. S.Rüstəmxanlı deyib ki, bu qədər millət vəkilinin Ankarada gördüyü işi  4-5 deputat da görə bilərdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir