Modern.az

Putin 43 il əvvəl Türkiyədə agent işləyib

Putin 43 il əvvəl Türkiyədə agent işləyib

10 Dekabr 2015, 15:24


Ankara ilə Moskva arasında “təyyarə böhran”ı yaşandığı bu günlərdə Türkiyə mediası Rusiyanın dövlət başçısı Vladimir Putinlə bağlı maraqlı məlumat yayıb. Iddia edilib ki, Putin Türkiyənin Aliağa bölgəsindəki neftayırma zavodunun inşaatında bir ilə qədər çalışarkən əslində “KQB” agenti olaraq təcrübə toplayıb..

Putinin 43 il əvvəl “Türpaş”da (1983-cü ildə Türkiyədəki neftayırma zavodlarının dövlət əli ilə bir qurum altında toplanması üçün qurulan şirkətdir) birlikdə çalışdığını iddia edən izmirli Adəm Albayrak onun keçmişini izah edib.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Putinin 43 il əvvəl “Tüpraş”da birlikdə çalışdığı izmirli Adəm Albayrak hələ o zamanlar onun agent olmağından şübhələndiklərini, ölkəsinə döndükdən sonra isə buna əmin olduqlarını söyləyib:

“Buz kimi soyuq bir adam idi. Kənarda-küncdə təkbaşına qalardı. Tək qalmasının səbəbini ailəsindən uzaqda qalmasından irəli gəldiyinə inanmağa çalışardım, qürbətdə olduğuna görə ürəyim də ağrıyardı. Bilsəydim Türkiyəyə qarşı belə davranacaq, mən də elə davranmazdım”.

Albayrak deyirb ki, bir dəfə həyat yoldaşı gəldiyində Kütahya istehsalı olan farfor yemək dəsti hədiyyə alıb Putini otağında ziyarət edib. Təqaüdçü Adəm Albayrak Putinlə 1971-ci ildə “Tüpraş”ın inşaat montajı əsnasında tanış olduğunu bildirərək, bunları söyləyib:

“"Tüpraş”ın maye yanacaq tanklarının montaj işi bir Rusiya şirkətinə verilmişdi. Putin də şirkətin ən əhəmiyyətli səlahiyyətlisi idi. 20 yaşlarında biri üçün şübhə doğururdu. Nəzarət etmək üçün gələr və bizim yanımıza çox qalmazdı. Sifəti həmişə soyuq idi. Biz ona “Potin” deyərdik. Həmişə Turiskin adında başqa yoldaşının yanına gedərdi. Maşın mühəndisi İlya Neroznak 3-cü adam idi. Putin davamlı neftayırma zavodunun fotoşəkillərini çəkərdi. Qadağan olunmuş bölgələrin fotoşəklini gizlicə çəkərkən, mülki polislər qaynaqçı bir rusla birlikdə bunları nəzarətə götürdü. Aliağa Sahil məhəlləsindəki Manisa bağ evlərində qalırdılar. Vəzifə başında qanunsuz hərəkətləri səbəbindən tutulub Sibirə sürgünə göndərilə biləcəklərindən qorxuları vardı. Fikirləşirdilər ki, ora göndərilərsə, bir daha geri dönə bilməyəcəklər. Oradakı əziyyətə dözə bilməyəcəyini düşünən ruslardan biri evin bağçasındakı şam ağaclarından birindən özünü asmışdı. Ağacda yellənən cəsədi polislər tapmışdı. Sonradan Putinin Sibirə göndərildiyini eşitdim. İllər sonra “KQB”nin başına gələndə adını eşitdim”.



Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi