Modern.az

Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var? - Ərdoğan

 Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?  - Ərdoğan

10 Dekabr 2015, 23:07


"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?". Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan Bosniya və Herseqovina nümayəndə heyətini qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Rəcəb Tayyip Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid edib. Regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.

Türkiyə prezidenti, həmçinin, bildirib ki, türk hərbi kontingentinin Şimali İraqdan çıxarılması məsələsi müzakirə predmeti deyil.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı