Modern.az

Bağdaddakı mitinqdə Türkiyə ordusunun İraqdan çıxarılması tələb edilir - FOTOLAR

  Bağdaddakı mitinqdə  Türkiyə ordusunun İraqdan çıxarılması tələb edilir  - FOTOLAR

12 Dekabr 2015, 20:19

 

Bu gün Bağdadda İraq ərazisində Türkiyə ordusunun yerləşdirilməsinin əleyhinə mitinq keçirilib. Modern.az xarici mediaya istinadən bildirir ki, nümayişçilər Türkiyənin hərəkətini açıq düşmənçilik adlandıraraq hakimiyyəti buna cavab verməyə çağırıblar.

 Bağdadın ət-Təhrir mərkəzi meydanında keçirilən mitinq iştirakçıları əllərində Türkiyə əleyhinə aqressiv plakatlar tutublar. Onların arasında “Ərdoğan – sən qorxaqsan” və “Xarici ölkəyə müqəddəs torpaqda yer yoxdur” kimi plakatlar olub.

Bu arada İraq hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurasına Türkiyədən ordusunu yubanmadan bu ölkənin ərazisindən çıxarılmasını tələb etməklə bağlı məktub ünvanlayıb. Məktubda Türkiyənin bu addımının BMT-nin nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu da qeyd edilib.

Bundan başqa, rəsmi Bağdad bəyan edir ki, əks halda ölkə ərazisindəki Türkiyə hərbçilərinə qarşı adekvat tədbirlər görmək haqqını özündə saxlayır.

Qeyd edək ki, bir müddət əvvəl 130 Türkiyə əsgəri İraqın şimalındakı Mosul şəhərinin ətrafına iraqlı kürdlərə təlim keçmək üçün göndərilib.

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir