Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi bu dəfə Türkmənistanda müzakirə edilib. Modern.az saytı “Georgia Online”-a istinadən xəbər verir ki, bu məsələ Türkmənistanda səfərdə olan Rəcəb Tayyip Ərdoğanla Gürcüstan prezidenti Georgi Marqvelaşvili arasında keçirilən görüşdə müzakirə mövzusu olub.
Görüşdə həmçinin, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair məsələlər ətrafında fakir mübadiləsi aparılıb.
Gürcüstan prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.
Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.
Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.: “Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək”.
Modern.az