Modern.az

“Hürriyet” qəzetinin Ankaradakı ofisinə silahlı hücum olub

 “Hürriyet” qəzetinin Ankaradakı ofisinə silahlı hücum olub

Dünya

12 Dekabr 2015, 22:50


Bu gün “Hürriyet” qəzetinin Ankaradakı ofisinə silahlı hücum olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki,  hadisə yerli vaxtla saat 17:10 radələrində baş verib. Belə ki, naməlum şəxslər hərəkətdə olan avtomobildən qəzetin ofisini atəşə tutublar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Əraziyə xeyli polis əməkdaşları cəlb edilib və araşdırmalara başlanılıb.

Hadisədən sonra “Hüriyyət” qəzetinin Baş redaktoru Sedat Ergin də olaya münasibət bildirib: “Hazırda yalnız onu deyə bilərik ki, binanın önündə və mərtəbələrində şüşələr sındırılıb. Hadisənin əsas səbəbi araşdırmalardan sonra məlum olacaq”.

Hadisəyə görə ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!