Modern.az

Ziyafət Əsgərov: "Böyük dövlətlər beynəlxalq hüququ biabır edir"

Ziyafət Əsgərov: "Böyük dövlətlər beynəlxalq hüququ biabır edir"

20 Oktyabr 2009, 12:49

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Türkiyə-Ermənistan arasında münasibətlərin nizamlanmasını nəzərdə tutan məlum protokollar ətrafında müzakirə zamanı I vitse-spiker Ziyafət Əsgərov ATƏT-in Minsk qrupunun ünvanına kəskin iradlar səsləndirib. Modern.az xəbər verir ki, Z.Əsgərov Minsk qrupunu fəaliyyətsizlikdə, 1993-cü ildən bəri Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi nəticələrər nail ola bilməməkdə ittiham edib: "ATƏT-in Minsk qrupu həmsədrləri 18 ildir turist kimi bölgəyə gəlib-gedirlər. Ortada heç bir nəticə yoxdur. Amma Sürixdə Ermənistanla Türkiyə arasında protokollar imzalananda Klinton Vaşinqtondan, Lavrov Moskvadan, Kuşner Parisdən gəlib ora toplaşdılar. Mən həmsədr ölkələrin nazirlərindən soruşuram: Sizə Sürixdə protokoların imzalanmasına şahidlik etmək tapşırılıb, yoxsa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyanızı yerinə yetirməyiniz? Mən onlara sual verirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir dəfə bir araya gəlmisiniz? Bir dəfə Bakıya, Moskvaya, İrəvana yığışmısız? Bir dəfə də bunu etməmisiz. Amma Sürixdə protokol imzalananda hələ bir deyirsiniz ki, “get imzalai”. Əşi, sən bu “get imzala”nı Qarabağ münaqişəsinin həllində et, Ermənistana de ki, qoşunlarını Azərbaycan ərazisindən çək. Bu ikili, üçlü, dördlü standartları elə edin ki, heç olmasa, hiss olunmasın. Belə açıb qoymusuz çölə, beynəlxalq hüququ biabır etmisiniz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı