Modern.az

Rusiya gəmisi Türkiyə gəmisinə atəş açdı

Rusiya gəmisi Türkiyə gəmisinə atəş açdı

13 Dekabr 2015, 17:21

 


Rusiya Müdafiə Nazirliyi E gey dənizindəki insidentlə bağlı məlumat yayıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, dekabrın 13-də Yunanıstanın Egey dənizinin şimal hissəsindəki Lemnos adasının 22 kilometrliyində olan bu ölkənin “Smetlivıy” gözətçi gəmisinin ekipajı Türkiyənin balıqçı gəmisi ilə toqquşmanın qarşısını alıb.

“Moskva vaxtı ilə saat 9:03-də gəminin qarovul xidməti min metr aralıda “Smetlivıy”a sağ tərəfinə Türkiyə gəmisinin yaxınlaşdığını görüb. Çoxsaylı cəhdlərə baxmayaraq Türkiyə gəmisinin ekipajı rusiyalı dənizçilərlə radio əlaqəsinə girməyib və xüsusi vizual siqnallar vasitəsilə siqnal raketləri semafor işığnın çağırışlarına cavab verməyib ”, - məlumatda qeyd edilir.

 Nəticədə Türkiyə gəmisi Rusiyanın növbətçi gəmisinə 600 metrə qədər yaxınlaşanda toqquşa baş verməməsi üçün atıcı silahlar tətbiq olunub.  Məlumatda qeyd edildiyinə görə, bundan sonra Türkiyə gəmisi dərhal çevrilərək yenə də Rusiya gəmisi ilə heç bir əlaqəyə girmədən yoluna davam edib.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər