Modern.az

Dəfndə 6 nəfəri ildırım vurub öldürüb

 Dəfndə 6 nəfəri ildırım vurub öldürüb

13 Dekabr 2015, 20:33


Cənubi Afrika Respublikasının Şərqi Kapski əyalətinin kəndlərindən birində dəfn zamanı insanları ildırım vurub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, bir bu qədər də adam müxtəlif dərəcəli ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, dəfn zamanı güclü yağış yağıb. Kənd sakinləri qəbiristanlıqdan qayıdanda ildırım bir dəstə adamı vurub. 4 nəfər hadisə yerində, ikisi də xəstəxanada ölüb. Xəsarət alan digər 6 nəfərin vəziyyətinin stabil olduğu bildirilir.

Rəsmi məlumata görə, Cənubi Afrika Respublikasında ildə 100-ə yaxın adam ildırım vurması nəticəsində həlak olur.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı