Modern.az

Dünya bazarında hansı ölkənin nefti neçəyə satılır - SİYAHI

Dünya bazarında hansı ölkənin nefti neçəyə satılır - SİYAHI

15 Dekabr 2015, 12:57

WTI və Brent kimi neft markaları dünya bazarında 1 barelə görə 35-37 dollar arasında satıldığı halda, digər daha az tanınan neft markaları sürətlə ucuzlaşır. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, məsələn, “Mexican mix” nefti 11 ilin minimumuna enərək 27,74 dollar, “İraq Basrah Heavy” nefti 24,91 dollar və “Western Canada Select” nefti isə 21,37 dollara qədər ucuzlaşıb.

“KBC Advanced Technologies” konsaltinq şirkətinin eksperti Esan Ul-Hak isə dünyada çıxarılan neftin 13-nin hasilatının rentabelli olmadığını və bəzi şirkətlərin əməliyyat xərclərini çətinliklə ödədiyini deyib.

“Venesuela Basket”, “Ecuador Oriente” və “Saudi Arab Heavy” markaları isə 1 barelə görə 28-30 dollar arasında satılır. Rusiyanın “Urals” nefti də 11 illik rekordu təzələyərək 34,9 dollara düşüb.

Azərbaycanın “Azeri Light” markalı nefti Nyu-York birjalarında 38,27 dollara satılır.

2015-ci ilin avqustunda Ekvador nefti öz ziyanına satan ilk ölkə kimi tarixə düşdü.

Belə ki, bu Cənubi Amerika ölkəsində neftin çıxarılması üçün xərclənən vəsait onun satış qiymətindən çoxdur.    

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etubarı ilə siyasi çalarlara söykəndiyini birmənalı vurğulamaq olar.

“Dünyanı yenidən bölüşdürmək uğrunda 2011-ci ildən başlayan və getdikcə daha da şiddətlənən savaş hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb və bu da təkcə hansısa region üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük bir fəlakət vəd edir”.

F.Yusifov deyir ki, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətlərinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin əsl faciəni yaşayanlar neft istehsal edən ərəb ölkələri olacaq.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı