Modern.az

Türkiyə NATO-dan istədiyini aldı

Türkiyə NATO-dan istədiyini aldı

20 Noyabr 2010, 14:41

Lissabonda keçirilən NATO sammitinin ilk günündə “Raketdən müdafiə sistemi haqqında” qərar təşkilata üzv ölkələrin liderləri tərəfindən qəbul edilib. NATO-nun baş katibi Anders Foq Rasmussen bunu tarixi hadisə kimi qiymətləndirib.
Sənəddə 28 üzvü olan hərbi ittifaqın 21-ci əsrdə baş verəcək təhlükələrə qarşı aparacağı mübarizə qeyd edilib.

Modern.az Türkiyə KİV-lərinin yaydığı xəbərə istinadən bildirir ki, qərarda bu ölkənin şərtləri qəbul olunub. Belə ki, NATO-nun gələcək 10-15 ilini formalaşdıracaq sənəddə NATO-Avropa Birliyi əməkdaşlığının irəlilədilməsi və "strateji ortaqlıq" üçün AB-nin Türkiyəyə qarşı öhdəliklərini yerinə yetirməsi istənib.
Sənəddə Avropa Birliyinə üzv olmayan NATO-nun avropalı müttəfiqlərinin (Türkiyə, Norveç və İslandiya) Avropa Birliyinin missiyalarına əhəmiyyətli qatqı verdiyi vurğulanaraq, bildirilib ki, "NATO və AB arasında strateji ortaqlıq üçün AB-yə üzv olmayan avropalı NATO müttəfiqlərinin bu səylərdə iştirakı lazımlıdır".
Türkiyə qəzetləri bunun sənədə Türkiyənin israrı ilə daxil edildiyini bildirir. Bununla da Türkiyənin Avropa Müdafiəetmə Agentliyinə ortaq üzvlüyünü, Avropa Təhlükəsizlik və Müdafiə etmə Siyasətinə daxil olmasını və əməliyyatların qərar mexanizmində iştirakı təmin olunur.

Qərarda Rusiyanın raketdən müdafiə etmə sistemində NATO ilə əməkdaşlığa dəvət olunması da əksini tapıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?