Modern.az

Azərbaycanlı jurnalistlərin Şimali Kiprə səfərindən fotosessiya

Azərbaycanlı jurnalistlərin Şimali Kiprə səfərindən fotosessiya

20 Noyabr 2010, 15:07

Bu günlərdə bir qrup azərbaycanlı jurnalist Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olublar. 10-16 noyabr 2010-cu il tarixlərində baş tutan səfərdə əsas məqsəd beynəlxalq aləmdə və ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi, söz və mətbuat azadlığının inkişafı yönündə təcrübə mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri qardaş ölkənin müstəqilliyinin elan edilməsinin ildönümünə həsr edilmiş tədbirlərə də qatılıb, ŞKTC-nin rəsmi qurumları ilə görüşlər keçiriblər. Həmçinin ŞKTC-də ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşlərin təşkili də səfərin maraqlı hissələrindən olub. Səfərdə olan nümayəndə heyətinin tərkibi  KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, "Olaylar" İA-nın rəhbəri Yunus Oğuz, "Trend" İA-nın baş redaktoru İlqar Hüseynov, "Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və "Oxu məni" qəzetinin baş redaktoru Emin Axundovdan ibarət olub.

 Səfərdən qayıdan media nümayəndələrinin Modern.az-a təqdim etdikləri fotosessiya.  

Burada hər şey Atatürklə başlayır.

Turizm Dairə Başqanı ilə.

250 minlik ölkədə 15 min tirajla çıxan “"Kıbrıs" qəzetinin öz mətbəəsi var.

Uluslararası Kıbrıs Universitetində azərbaycanlı tələbələrlə.

Gecələr işıq saçan bu bayraq yunanlara göz dağıdır.

Məftillərin o üzü başqa ölkədir – yunan Kipri.

Kıbrıs türklərinin ilk lideri Fazil Küçüyün məqbərəsini ziyarət.

Mülki Müdafiə Təşkilatının sədri Levent Akyıldız – bizim təbirimizcə fövqəladə hallar naziri.

Yakın Doğu Universitetində - Burada azərbaycanlı tələbələrə çoxlu güzəştlər edilir.

Atatürkü anarkən.

Doğu Akdeniz Universitetində azərbaycanlı tələbələrlə görüş.

Bu universitetdə çoxlu azərbaycanlı müəllim var.

Barbarlıq Muzeyində.

Prezident Dərviş Eroğluna "Azərbaycan xalçası" hədiyyə edilir.

Azərbaycan media təmsilçiləri prezident Dərviş Eroğlu ilə.

Dövlət kanalı olan “Bayrak” TV-də.

Kıbrısı onlar xilas etdilər...

Cümhuriyyət günündə -hərbi paradda.

Prezident paradı qəbul edir.

“Bəlkə yenidən başlayaq”.

Şəhidlər ölmür...

Azərbaycandan  çoxlu salamlar var .

"Bir millət, üç dövlət" deməyin vaxtıdır".

 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub