Modern.az

Rubl kəskin ucuzlaşdı - 17 illik rekord təzələndi

Rubl kəskin ucuzlaşdı - 17 illik rekord təzələndi

15 Dekabr 2015, 16:05



Rusiya Mərkəzi Bankı rublun dollara qarşı rəsmi kursunu 60 qəpik qaldırdıqdan sonra 1 dollar 70,83 rubla bərabər olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1998-ci ildə rubl denominasiya olduqdan sonra hələ Rusiya valyutası dollar qarşısında belə ucuzlaşmamışdı.

Buna qədər Rusiya valyutasının ən aşağı kursu 2015-ci il avqustun 25-də 1 dollara qarşı 70,74 rubl olub.

Avro da bahalaşaraq 78 rubla bərabər olub.

Ötən gün neftin 37 dollardan aşağı qiymətə düşməsi rublun kəskin ucuzlaşmasına səbəb olub.

Vüqar İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər