Modern.az

Rusiya Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib

 Rusiya Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib

16 Dekabr 2015, 00:16


Rusiya aviaqrupunun təyyarələri Suriyada hərbi əməliyyatlar başladığı vaxtdan etibarən xam neft və neft məhsulları daşıyan 1200-dən çox sisternli avtomobili məhv edib. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.

Sergey Rudskoyun sözlərinə görə, təkcə son üç gün ərzində yaraqlıların 6 qanunsuz neft mədəni, həmçinin xam neft və onun emalı məhsullarını daşıyan 7 avtomobil karvanı məhv edilib: “Son bir neçə həftə ərzində İŞİD və digər terror qruplaşmalarının mövqelərinə endirilən zərbələrin sayı çoxaldılıb. Rusiya aviasiyası Suriyada terrorçuların gəlir mənbələrinin partladılmasına böyük diqqət ayırmaqdadır”. 

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir