Modern.az

Yapon qadınlara ikinci dəfə ərə getməyə icazə verildi

Yapon qadınlara ikinci dəfə ərə getməyə icazə verildi

16 Dekabr 2015, 11:06


Yaponiya Ali Məhkəməsi 1898-ci ildə qadınların boşandıqdan sonra ilk 6 ay ərzində təkar ərə getməsini qadağan edən qanunu konstitusiya əleyhinə hesab edərək ləğv edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməyə müracitə edən yapon qadın 117 ildir qüvvədə olan qanunun cinsi ayrı-seçkilik yaratdığını və vətəndaşların bərabərliyini pozduğunu deyib.

Yapon hüquqşünasları isə həmin qanuna əsasən qadınlar boşandıqdan sonra bir neçə ay ərzində dünayaya gətirdikləri uşaqların atasının avtomatik olaraq  keçmiş ərləri sayıldığını və bunun düzgün olmadığını iddia edirlər.

Qanun müdafiəçiləri isə 1898-ci ildə qəbul edilən layihənin öz aktuallığını saxladığını və atalıq məsələsində yarana biləcək anlaşılmazlıqları aradan qaldırdığını deyirlər.

Vüqar İsmayılov 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir