Modern.az

Parlamentin beynəlxalq təşkilatlardakı yeni təmsilçiləri ayın sonunadək təsdiqlənəcək

Parlamentin beynəlxalq təşkilatlardakı yeni təmsilçiləri ayın sonunadək təsdiqlənəcək

16 Dekabr 2015, 11:59

Bu gün Milli Məclisin deputatlarının bir qismi müxtəlif beynəlxalq təşkilatların üzvləridirlər.

Parlament üzvləri NATO Parlament Assambleyası (NATO PA), ATƏT Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) və digər qurumlarda təmsil olunur.

 Milli Məclisin I vitse spikeri, deputat Zifayət Əsgərovun başçılıq etdiyi NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin tərkibində deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev təmsil olunur.

 Milli Məclisin vitse-spikeri, deputat Bahar Muradovanın rəhbərlik etdiyi ATƏT PA-dakı nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildir.  

AŞPA-dakı nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir. Qrupa deputat Səməd Seyidov başçılıq edir.

QDİƏT PA-dakı Azərbaycan nümayəndə heyətində isə deputatlar Musa Quliyev və Jalə Əliyeva təmsil olunur.

Bu il keçirilən 1 noyabr seçkiləri nəticəsində V çağırış Milli Məclis formalaşıb.

Yeni tərkibdə olan parlamentin beynəlxalq təşkilatlarda nümayəndə heyətlərində kimlərin təmsil olunacağı bu ayın sonunadək bilinəcək.

Deputat Musa Quliyev Modern.az saytına açıqlamalarında yeni tərkibin hələ bəlli olmadığını bildirib. O qeyd edib ki, yeni tərkibdə parlament gələn ildən beynəlxalq təşkilatlarda təmsil olunacaq.

“Bu ilin sonunadək köhnə tərkibdə təmsil olunuruq. Yeni tərkib isə dekabrda keçirilək iclaslarda, yəqin ki dekabrın ya 18-i, ya da 29-da məlum olacaq”.

 Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir