Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sumqayıt şəhərinin 60 illik və Baş İdarə nəzdində “Sumqayıt İntellekt Mərkəzi” Klubunun 1 illik yubileylərinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Yubiley kuboku” yarışı keçirilib. Yarışda hər biri 6 nəfərdən ibarət 25 komanda, o cümlədən Bakı şəhərini təmsil edən 4 komanda iştirak edib. Modern.az xəbər verir ki, “Yubiley kubokunu”nun əsasnaməsinə və reqlamentinə müvafiq olaraq 3 turdan və 45 sualdan ibarət olan yarışın gedişində gərgin mübarizədən sonra “İqtisadçı” (Bakı) komandası I yerə, “Renessans” (Sumqayıt) komandası II yerə, “Ekspert” (Bakı) komandası isə III yerə layiq görülüb. Qaliblərə Baş İdarənin fəxri fərmanları və hədiyyələri, həmçinin I yerin qalibi “İqtisadçı” komandasına kubok təqdim edilib.