Modern.az

“Kristofer Smit foyelərdə erməni deputatlarla söhbətləşirdi”

“Kristofer Smit foyelərdə erməni deputatlarla söhbətləşirdi”

18 Dekabr 2015, 12:18

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədri, Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan parlamentini uzun illər təmsil edən Eldar İbrahimov münasibət bildirib.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, Kristofer Smit Helsinki Komissiyanın sədridir və öz açıqlamalarında Helskini Yekun Aktına istinad etmir.

“Helsinki Yekun Aktnda  ilk  nöbvədə ölkələrin ərazi bütövlüyündən bəhs olunur. Kristofer Smit ATƏT  Parlament Assamleyasında Amerika nümayəndə heyətinin rəhbəridir. Bəs ərazi bütövlüyündən niyə danışmır? Azərbaycan torpaqlarının 20 faizi 25 ilə yaxındır işğal olunub, o torpaqlardan qovulan qaçqın-köçkünlər insan deyil? Onların insan hüquqlarından niyə danışmır? Kristofer Smit Helsinki komitəsinin sədridir və bunları bilməmiş deyil”.

E.İbrahimov bildirib ki, Kristofer Smitin ATƏT Parlament Assambleyasının foyelərində ermənilərlə danışıqlarını görüb və onun onun ermənipərəst olması, belə bir mövqe ortaya qoyması təəccüb doğurmur.

“O erməni lobbisininin təsirinə düşüb. Erməni lobbisinin konqresdə aparıcı adamlarından biridir və digər konqresmenləri də başına yığıb Azərbaycana qarşı hər zaman qərəzli mövqe aparır.

Təbii ki, mən hesab edirəm ki, Azərbaycanı Amerikada sevən konqresmenlər də var və onlar Kristofer Smitin qaldırdığı bu məsələyə qarşı öz fikirlərini bildirəcəklər. Ümid edirəm ki, Konqresdə bu məsələyə baxılanda, onun təklifləri keçməyəcək. Onun bu yanaşması yalnız qərəzdən xəbər verir”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir