Modern.az

Milli Məclisin ilk iclası noyabrın 30-da gözlənilir

Milli Məclisin ilk iclası noyabrın 30-da gözlənilir

Parlament

23 Noyabr 2010, 10:28

Parlament birinci iclasda yeni sədrini və sədr müavinlərini seçəcək


Dördüncü çağırış Milli Məclisin ilk iclası noyabrın 30-da keçirilə bilər. Bu barədə Modern.az-a Milli Məclisdən bildiriblər. Həftə sonu Konstitutsiya  Məhkəməsi yekun nəticələri təsdiq edəcək. Bundan sonra parlament özünün ilk iclasına yığışacaq. Birinci iclasda parlamentin sədri seçiləcək, parlamentin komitə rəhbərlərinin, işçi qruplarının tərkibi təsdiqlənəcək. Yeni parlamentin bu il ərzində 3 iclas keçirəcəyi gözlənilir.

Parlamentin ilk iclasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası artıq seçkilərin yekun protokolunu imzalayaraq dünən protokolları Konstitutsiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi isə  sənədləri qəbul etdikdən sonra 10 gün müddətində onların Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir.
Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin yekun nəticəsi təsdiq olunduqdan sonra parlamentin yeni tərkibdə ilk iclasının vaxt elan ediləcək.

Noyabrın 7-də Azərbaycanın Milli Məclisinə keçirilən seçkilər nəticəsində parlamentdə olan 125 yerin hamısı tutulub.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır