Modern.az

Jurnalistlər İlhamə Quliyeva haqqında Modern.az saytına danışdılar

Jurnalistlər İlhamə Quliyeva haqqında Modern.az saytına danışdılar

23 Noyabr 2010, 13:08


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez  kontaktda olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Modern.az saytı mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.

Müğənnilər Röyanı və Rəqsanəni və Nadir Qafarzadəni xarakterizə edən yazarlar, indi də müğənni İlhamə Quliyeva haqqında fikir söylədilər. Beləliklə, “İlhamə  necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir”suallarına mədəniyyət yazarlarının cavabları:

“İlhamə xanımı uşaqlıqdan dinləyirəm...”

Cəvahir Səlimqızı – “Mərkəz” qəzetinin əməkdaşı: “İlhamə xanım böyük sənətkardı.  Mənim onun sənəti  haqqında söz deməyim fikrimcə artıq olardı. Uşaqlıqdan onun dinləyicisi olmuşam. Repertuarını çox  bəyənirəm. Xüsusilə Fikrət Əmirovun əsərlərinin demək olar ki, əvəzsiz ifaçısıdır. Muasir bəstəkarların əsərlərini də məharətlə ifa edir. Repertuarı ilə zamanın nəbzini tutmağı bacarır. Fərqli səs tembiri var. İndiki sənət aləmini götürdükdə 1- 2 sənətkar var ki, onlardan biri də İlhamə Quliyevadır.

İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərli vaxtlı – vaxtında jurnalistləri informasiya ilə təmin edir. İlhamə haqqında hər hansı bir məlumatı əldə etmək üçün dağa - daşa düşməmişik. İlhamə xanım ətrafında peşəkar komada formalaşdırıb.Bu komandanın başında Faiq Ələkbərli dayanır. Hər hansı məsələ ilə bağlı bütün informasiyaları vaxtında mediaya yayır. Bu baxımdan İlhamə xanımla problemim olmayıb.

Əgər jurnalistlə müğənninin münasibəti normal şəkildə tənzimlənirsə bu,  insan kimi jurnalistlərə münasibətinin yaxşı olmasını göstərir. İlhamə xanımda xoşuma gələn xüsusiyyət onun qalmaqallara çox qatılmamasıdır. İlhamə xanımın Flora Kərimova ilə problemi olsa da, amma hec vaxt o, efirdən Flora Kərimovaya  açıq şəkildə fikir bildirməyib. Bu mənada İlhamə xanım öz nüfuzunu qoruyur”.

“İlhamə xanıma inanıram... ”

Taranə Məhərrəmova – “Kaspi” qəzetinin əməkdaşı:  “Sənətkar kimi İlhamə xanıma hörmətim var. Onu indiki müğənnilər arasında öz möhürü olan müğənni hesab etmək olar.

İlhamə xanımla yalnız jurnalist –müğənni münasibətində olduğum üçün insani keyfiyyətləri haqqında heç nə deyə bilmərəm. Bir – iki saat ərzində insanın hansı keyfiyyətlərininn olduğunu müəyyənləşdirmək çətindi. İlhamə xanımın necə insan olduğunu ona daha yaxın insanlar deyə bilər.

İlhamə xanımla bir neçə dəfə görüşmüşəm və hesab edirəm ki, jurnalistlərlə münasibəti normaldır. Müsahibə götürmək  ücün nə vaxt müraciət etmişəm  imtima etməyib. Suallarıma hər zaman  səmimi cavab verib, ona inanıram".

“Olduqca həssasdır...”

Tahirə Məmmədqızı- “Şərq” qəzetinin əməkdaşı: “İlhamə Quliyeva Azərbaycan səhnəsində bəyəndiyim və sevdiyim müğənnilərdən biridir. Ona görə ki, sənətə və sənətkar səviyyəsinə qiymət verməyi bacaran xanımdı, hər zaman çəkisini qorumağı bacarır. İlhamə Quliyeva Tükazban xanım kimi böyük sənətkardan təkcə ana tərbiyəsi deyil, eyni zaman da  səhnə mədəniyyəti də öyrənib. Ona görə də, onun bu günki titulları tam adına layiqdir.

İlhamə Quluyeva mənin sənət aləmindəki 3 -4  yaxın dostumdan biridir. Və artıq o, öz möhürünü vurub, bu baxımdan bəlkə də mənim onun haqqında fikir bildirməyə ixtiyarım yoxdu. İlhamə xanımı  mənə sevdirən xüsusiyyətlərindən biri də odur ki, digər həmkarlarından fərqli olaraq cılız qalmaqallara getmir, hər atmacaya cavab vermir, xalq artisti adını qoruyub saxlamağı bacarır. 

İlhamə Quliyevanı şəxsən tanıdığım üçün deyə bilərəm ki, kifayət qədər həssas və diqqəti sevən xanımdır, eyni zamanda ona yetirilən diqqətin qarşılığını verməyi bacarır.  Bir anda İlhamə xanımı uşaq kimi kövrəltmək də mümkündür, olduqca səmimi insandı.

İlhamə Quliyevanın mətbuata həmişə xüsusi diqqəti olub. Mənə elə gəlir ki, onun bir fikri bu gün artıq deyim formasına cevrilib: “Dördüncü hakimiyyət istənilən sənətkarı bir yazı ilə zirvəyə qaldıra da bilər, bir yazı ilə ən böyük sənətkarı yerə vurmaq mümkündü”.
Mətbuatla nadir hallarda problemi olur. Səslənən  səhv fikirlərə münasibət bildirməsə də, hərdən  narazılığını bildirir. Peşəkar jurnalistlərə hörmət etməyi bacarır".

“İstəməzdim adı qalmaqallarda hallansın...”

Elşad Ümid- “Reytinq” qəzetinin əməkdaşı: “İlhamə Quliyeva 35  ilə yaxındı ki, səhnədədi. Onun sənəti və  xarakteri haqqında  müəyyən təzadlı fikirlər var. Mənə elə gəlir ki, bunlar artıqdır.

İlhamə xanımı yaxıdan tanıyanda görürsən ki,  o qədər də sərt qadın deyil. Özünə görə ürəyi var, hər zaman yaxınları barədə danışdığı zaman kövrəlir, ürəyi başqadır. Sadəcə olaraq sərhəd saxlamaq istəyir. Necə olsa da, neçə illərin sənətkarıdır...

İstəməzdim İlhamə xanımın adı qalmaqallarda hallansın. O yaşda və o səviyyədə insanların adının qalmaqallarda çəkilməsini  yaraşdırmıram. İlhamə xanım düzdü , müəyyən pofosla danışır, amma onun özü də maraq doğurur.

Jurnalistlərlə münasibəti pis deyil. Bəzi müğənnilərə baxanda, İlhamə xanım özünü az çəkir. Sadəcə olaraq hansısa bir sualı bəyənməyə bilər və ona irad tuta bilər. Ümumilikdə isə narazı deyiləm".  

“İstənilən janrda mahnı ifa etmək qüdrətinə malikdi”

Ramilə Qurbanlı – “Üç nöqtə” qəzetinin əməkdaşı: “İlhamə Quliyeva qocaman və gözəl sətətkardı. İstənilən janrda  olan mahnını ifa etməyə İlhamə xanımın sənətinin qüdrəti çatır.

İnsani keyfiyyətləri barədə hec nə deyə bilməyəcəm, sənətkarı sənətkar kimi tanıyarlar.

Jurnalist kimi İlhamə xanımla bir-iki dəfə ünsüyyətdə olmuşam, ancaq bu, onun xarakteri barədə bir şey deməyə əsas vermir. Ümumilikdə götürdükdə ünsiyyətdə mehriban insandı, daxilən necə insandı, bunu deməyə çətinlik çəkirəm".

“İlhamə xanım haqqında danışarkən diqqətli olmaq lazımdır”.

Şahin Cavadsoy – “Trend” İnformasiya Agentliyinin əməkdaşı: “İlhamə xanım haqqında danışanda doğurdan da diqqətli olmaq lazımdır. Azərbaycan incəsənətində İlhamə  xanım kifayət qədər çəkisi olan bir müğənnidir. Onun adı da şou – biznes müğənniləri ilə bir sırada çəkilir, məncə İlhamə xanımın öz yeri var. İlhamə xanım Azərbaycanın görkəmli sənətkarlarının ailəsində bu sənətin sirlərini öyrənib. Onların xeyir duası ilə bu sənətə gəlib.

İlhamə xanımı təxminən 12 ildir ki, şəxsən tanıyıram, düzdü hərdən məndən xoşu gəlmir, deyir o qədər də yaxşı yazılar yazmırsan. Ancaq mən deyərdim ki, bu xanımla danışanda insan sitimul qazanır, çox həyatsevər  insandı. Bütün jurnalistlər sənətkarlar haqqında informasiyalar verəndə ehtiyatlı olmalıdırlar.

İlhamə xanımla aramızda vaxtaşırı münaqişələr olub.Deməzdim ki, bu düşünülmüş olub, sadəcə bir informasiya gedib. Ancaq İlhamə xanımın ürəyində bir qram da olsun, kin yoxdur.

İlhamə xanım “Pop star” layihəsində münsif kimi iştirak etdiyi zaman makiyaj edərkən paparatsi şəkillərini çəkmişdim, bu baxımdan aramızda qalmaqal yaşandı. Amma bütün bunlar artıq geridə qaldı. İlhamə xanım bu şəkilləri nə məqsədlə çəkdiyimi soruşdu. “Sizin bəzi məqamlarda görüntülərinizi çəkmək istədim, başqa bir məqsədim yoxdur”- dedim. İlk dəfə idi ki, hansısa bir jurnalist və yaxud  fotoqraf  İlnamə xanımın bu cür şəkillərini internetdə yayımlayırdı, bu hadisə hardasa rezonans yaratdı. Amma bu hadisə sonda sülhlə bitdi.

İlhamə xanımın son zamanlar yaradıcılığına nəzər salsaq, görərik ki, çəkisi ilə fərqlənən  işlər görməyə çalışır. Türkiyədə adına mədəniyyət mərkəzinin  açılması, ”Türk dünyasının sənət kralicası” kimi naliyyəti düşünürəm ki, Azərbaycan incəsənətinin uğurudur. Çünki “sənət kralicası” deyəndə Türkiyədə Zeki Müren nəzərdə tutulur. İlhamə xanım bu ödülü yaradıcılığına görə qazandı. 
 
İlhamə xanım adı qalmaqallarda çəkiləndə digər bir xalq artisti  Flora Kərimovanın da adı çəkilir. Jurnalist olaraq hər iki tərəfin mövqeyini işıqlandırmışıq. Mən onlar arasında olan bu münasibəti arzuolunan hal kimi qiymətləndirmirəm. Onları barışığa səsləmək  bizə düşmür. Hər şeyi zaman həll etdiyi kimi, onların münasibəti də bu zaman çərcivəsində öz həllini tapacaq. Amma bu yaxın vaxtlarda onların münasibətlərində hər hansı bir irəliləyiş gözləmirəm. İlhamə xanıma uğurlar arzulayıram, çox yaxşı xanımdı. İlhamə xanımı çox istəyirəm, hər zaman Azərbaycan incəsənətində də, mediasında da onu dəsdəkləməyə hazırıq".     

“İlhamə Quliyeva jurnalistlərə lazımdır, jurnalistlər ona yox...”

Vüqar Vüqarlı- “Day.Az” portalının şöbə müdiri: “İlhamə xanım professional bir sənətkardı. Biz İlhamə xanımı 80 – ci illərdən izləyirik. Düşünürəm ki, bu insan yaşlandıqca daha da püxtələşir. 70 – 80 ci illərdəki ifalarını 90-cı illərdə olan ifa tərzi ilə müqayisə etdiyimiz zaman daha gözəl olduğunu görmək mümkündü. Bəlkə də bu, o zamanki müğənnilərin daha çox professional olmasından irəli gəlir, yəni o zaman İlhamə xanım çoxlarından biri idi. Amma indi elə müğənnilər olmadığı üçün İlhamə xanım birincilər sırasındadır.

İlhamə xanımın insani keyfiyyətlərini yaxşı bilmədiyim və yalnışlığa yol vermək istəmədiyim üçün bu barədə hər hansı bir fikir söyləmək istəmirəm.

İlhamə Quliyevanın jurnalistlərlə münasibəti barədə danışarkən istərdim ki, ilk olaraq özümdən başlayım. Münasibətlərimiz pis deyil, düzdü, bəzi məqamlarda məndən incikliyi olub. İlhamə xanım məlumatları olduğu kimi yazdığımı görəndə münasibətlərimiz normallaşdı. Onun “Yaşın nə fərqi var”  mahnısını həmişə dinləmişən.

İlhamə xanım elə sənətkardı ki, o jurnalistlərə lazımdır, jurnalistlər ona yox. Jurnalistlərin çoxu onun dalınca qacır, zəng edir, məlumat almaq istəyir. Yəqinki kmsə zəng edib, onu dəng edirsə, onunla münasibətləri yaxşı olmaz, jurnalist hansısa faktı araşdırmaq üçün zəng edirsə, onunla münasibətlər də normal şəkildə qurulur".


Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi