Modern.az

Azərbaycanlı milyarderin sikkə kolleksiyası – SİYAHI

Azərbaycanlı milyarderin sikkə kolleksiyası – SİYAHI

22 Dekabr 2015, 12:01

Azərbaycan əsilli milyarder, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Moskvada uzun illər ərzində şəxsən topladığı sikkə kolleksiyalarından ibarət yeni muzey yaradıb.

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, muzey hələ 2015-ci ilin oktyabrında, milyarderin Arbatda yerləşən şəxsi mülkündə açılıb. Numizmatika muzeyində Qədim Roma, Qədim Yunanıstan, Bizans imperiyası, Orta əsr Avropası, Rusiya imperiyası, və SSRİ-yə aid 700 sikkə yer alıb. Kolleksiyadakı ən qədim sikkə e.ə 480-450-ci illərdə yunan şəhəri Fokeyada buraxılan qızıl hektadır. Həmin hektanı Ələkbərov 2012-ci ildə İsveçrədəki hərracda 13,5 min dollara alıb.  

Ən gənc sikkə isə 1931-ci ildə SSRİ-də buraxılan 20 qəpiklikdir. Ona görə isə azərbaycanlı milyarder 7 min dollar ödəməli olub. Maraqlıdır ki, Numizmatika muzeyindəki ən bahalı sikkə 1844-cü ildə dövriyyəyə buraxılan 12 rublluq platin sikkədir. 2013-cü ildə “Maison Palombo” auksionunda alınan bu qiymətli pul 410 min dollara alınıb.  

“Sikkə kolleksiyası toplamaq Rusiya imperiyasının pullarını, xüsusən qızıl sikkələrin toplamağımdan başlayıb. Bu istiqamət mənə ən maraqlı gələn sahədir. Sonradan mənim maraq dairəm genişləndi və qızıl kolleksiyamı antic sikkələrlə zənginləşdirmək qərarına gəldim”, - Ələkbərov deyib.  

O, keçən uşaqlığını yada salaraq, tez-tez marka, kibrit qutuları, çaxır etiketi topladığını xatırlayıb. Orta məktəbdə oxuduğu zaman isə qonşularının ona Oktyabr inqilabından əvvələ aid qiymətli kağızlar hədiyyə etdiyini söyləyən “Lukoyl” prezidenti artıq 50 ildən artıqdır pul və sikkə yığdığını deyib: “Düzdür, müxtəlif vaxtlarda maliyyə imkanım müxtəlif olurdu. Lakin kolleksiyanı formalaşdırmaqda həmişə davam etmişəm. Qərbi Sibirdə işləyəndə artıq yaxşı qazanırdım və vaxt edib Moskvanın Taqanka küçəsinə gələrək özümə sikkələr alırdım”.  

Vahid Ələkbərovun sözlərinə görə, hazırda onun Rusiya və beynəlxalq numizmatika bazarını izləyən ekspert qrupu var.   Onun kolleksiyasında 226 Qədim Yunan və Roma sikkələrinin olduğu məlumdur. Həmin sikkələrdən biri Makedoniyalı İsgəndərin dövründə Sarda şəhərində buraxılan ¼ stateradır. 2013-cü ildə “Sincona” auksionunda alınan sikkə 5200 dollar dəyərə malikdir.      

“Mənə dünya və Rusiya tarixinin sikkə buraxılışlarını əhatə edə biləcək kolleksiya toplamaq maraqlıdır. Bu çox ambisiyalı layihə olduğu üçün hələlik özümü yalnız qızıl sikkələr almaqla təmin edirəm”, - Ələkbərov deyir.   1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərov 2015-ci il üçün 12,23 milyard dollarlıq şəxsi sərvəti ilə ən zəngin 6-cı Rusiya vətəndaşı hesab olunur.


 

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir