Modern.az

Büdcəyə yenidən baxılmalı, inhisarçılığa “yox” deyilməlidir - Deputatdan ÇAĞIRIŞ

Büdcəyə yenidən baxılmalı, inhisarçılığa “yox” deyilməlidir - Deputatdan ÇAĞIRIŞ

Parlament

22 Dekabr 2015, 13:53

Fazil Mustafa: “Zəruri addımlar atılmasa, vətəndaş müdafiəsiz qalacaq”


Azərbaycanın 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasının mümkünlüyü barədə məlumat vermişdik. Neftin qiymətinin düşməsi, növbəti devalvasiya da artıq dövlət büdcəsinə yenidən baxılmasını labüd edir.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da Modern.az-a açıqlamasında 2016-ci ilin dövlət büdcəsində neftin qiymətinin hansı miqdarda götürülməsinin önəmli məsələ olduğunu qeyd edib: “2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması məsələsi devalvasiyadan sonra gündəmə gəlib. Neftin qiymətinin büdcədə hansı miqdarda götürülməsi çox önəmli məsələdir. Hamını düşündürən də budur”.

Deputat qeyd edib ki, əhalinin onsuz da çıxılmaz vəziyyətdə olmasını nəzərə alaraq müəyyən dərəcədə sosial proqramlara, işsizlik, müavinət məsələlərinə yenidən baxılması mümkündür:

“Dəyişən dolların kursuna görə müəyyən dərəcədə maaşların artırılması ilə bağlı büdcədəki imkanlar müzakirə oluna bilər. 2016-cı ilin dövlət büdcəsində faktiki olaraq xərclər azaldılıb. Bütövlükdə xərclərlə bağlı Azərbaycanda problem yoxdur. Azərbaycanda inhisarçılıq, vergi yükü ilə bağlı problem var. Bunları ortadan  qaldırmaq lazımdır. Həll olunmadıqca, devalvasiyadan vətəndaş ən çox əziyyət çəkir və bu proses davam edəcək. Bu problem qaldırılmalıdır ki, təşəbbüskar insanlar heç olmazsa vəziyyətdən çıxış üçün müəyyən addımlar ata bilsinlər”.

Fazil Mustafa vurğulayıb ki, zəruri addımlar atılmasa, vətəndaş müdafiəsiz qalacaq:

“Hökumət artıq inhisarçılığa “yox” deməlidir, insanlara imkan yaradılmalıdır ki, yerli istehsalın kənara çıxarılması, yaxud xaricdən müəyyən zəruri malların gətirilməsində inhisarçıların n iradəsindən kənar fəaliyyət göstərə bilsinlər. Əsas problem budur”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı