Modern.az

Modern.az saytına qarşı “Facebook”da təxribat

Modern.az saytına qarşı “Facebook”da təxribat

Media

23 Noyabr 2010, 14:09

Bir neçə gündür ki, “Facebook” sosial şəbəkəsində “Modernaz. Onlinenevs” qrupu adı ilə informasiyalar yayılır. Modern.az saytı rəsmi şəkildə bəyan edir ki, sosial şəbəkədə yayılan məlumatların sayta heç bir aidiyyatı yoxdur. Bununla bağlı saytın rəhbərliyi qrupun internet şəbəkəsində hansı məqsədlə qeydiyyatdan keçməyini araşdırır.  Bu, saytımıza qarşı bir təxribatdır və adımızdan sui-istifadədir.

Bir daha bəyan edirik ki, Parlament Jurnalistləri Birliyinin rəsmi saytı olan Modern.az İnformasiya Agentliyi sosial paylaşım şəbəkələrində heç bir əlaqə qrupu açdırmayıb və bütün məlumatlar www.modern.az saytında yerləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub