Modern.az

Bazarda meyvə-tərəvəzin indiki qiyməti - SİYAHI

Bazarda meyvə-tərəvəzin indiki qiyməti - SİYAHI

22 Dekabr 2015, 16:51


Manatın məzənəsi dəyişən kimi bazarlarda qiymət artımı müşahidə olundu. Modern.az-ın əmədaşı paytaxtdakı məşhur “Yaşıl bazar”a baş çəkərək, qiymətlərlə maraqlanıb. Alıcılar qiymətlərdən birmənalı olaraq narazı idi.
Alıcı Mahir Hüseynov:

“Mən hər həftə bu bazara alış-verişə gəlirəm. Hər dəfə evdən çıxanda cibimdə 20-30 manat pul götürürdüm, bəs edirdi. Amma bu gün çox təəssuf ki, istədiklərimi ala bilmədim. Növbəti dəfə gərək çox pul götürüm. Məvacibimə  və evimizin ümumi büdcəsinə görə, aldığımız malların dəyəri çox baha olub. Qiymətlər qalxırsa, maaşlar da qalxmalıdır”.

Satıcılar qiymət artımını etiraf etdilər. Sahil adlı alverçinin sözlərinə görə, bazarda iki gündür ki, bahalaşma müşahidə olunur.
“Bahalaçma Azərbaycan manatının məzənəsinin aşağı düşməsi ilə əlaqədardır. Qiymətlərin qalxması ən çox xarici mallarda müşahidə olunur. Mövsümlə əlaqədar olaraq yerli mallarda da artım var”.
Satıcı bildirdi ki, xaricdən gətirilən mallarda 70 qəpiyə kimi artım var. Yerli mallarda isə 20 qəpik artım müşahidə olunur.

“Yaşıl bazar”da qiymətlər belə idi:

Xiyar - 3 manat;
Pomidor - 1.5-2.5 manat;
Kartof - 0.8-1.50 manat;
Soğan – 1 manat;
Qızıləhmədi alması - 2.5-3.5 manat;
Armud - 2-3 manat;
Narıngi - 1.7-2 manat;
Portağal – 2 manat;
Nar - 3-3.50 manat;
Xurma - 2.50 manat;
Heyva - 2.50 manat;
Üzüm  - 2.50 manat;
Əzgil – 2  manat;
Kivi - 2.50 manat;
Banan - 3 manat;
Ananas -  6-8 manat.

Emil Rasim

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir