Modern.az

“Meymun illəri”nin səs-küylü HADİSƏLƏRİ: 1992 və 2004-də olanlar

“Meymun illəri”nin səs-küylü HADİSƏLƏRİ: 1992 və 2004-də olanlar

Reportaj

23 Dekabr 2015, 09:29

2016-cı il Çin təqviminə görə qırmızı, yaxud odlu meymun ili olacaq. Adətən, sakit və ağıllı olan meymunlar, eyni zamanda sürprizlərlə dolu bir heyvan sayılırlar. Məhz bu iki xarakterinə görə, meymun illəri tarixin gedişatına, dövlətlərin müqəddəratına əsaslı təsir göstərən hadisələrlə zəngindir.

Modern.az saytı bundan əvvəl – 2004 və 1992-ci illərdə qeyd olunan meymun illərindəki ən diqqətli məqamları toplayıb.

2004-cü il

4 yanvar – Mixail Saakaşvili Gürcüstan prezidenti seçilib.

6 fevral – Moskva metrosundakı terror aktında 40 nəfər həlak olub.

13 fevral – Çeçenistanın keçmiş vitse-prezidenti Zəlimxan Yandarbiyev və oğlu Qətərdə Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüblər.

11 mart – İspaniyanın paytaxtı Maddirddə dəmiryolu xətlərində törədilən 13 partlayış nəticəsində 191 nəfər həlak olub.

4 aprel – İraqda şiə lideri Muqtəda əs Sədrin başçlığı ilə “Mehdi ordusu” qruplaşması Amerikaya müharibə elan edib.

22 aprel – Koreya Xalq Demokratik Respublikasında dəmiroylu qəzası təxminən 3 min nəfərin ölümünə səbəb olub.

9 may – Çeçenistan prezidenti Əhməd Kadırov və daha 8 nəfər Qroznıda törədilən partlayışda həlak olub.

1 may – Macarıstan, Kipr, Latviya, Litva, Polşa, Malta, Slovakiya, Sloveniya, Çexiya və Estoniya Avropa Birliyinə üzv olublar.

4 iyul – Yunanıastan Avropa Futbol Çempionatının qalibi olub.

24 avqust – Rusiyada 2 təyyarənin partladılması zamanı 90 nəfər həlak olub.

1-3 sentyabr – Beslan şəhərində məktəblərdən birinin terrorçular tərəfindən ələ keçirilməsi zamanı 334 nəfər həlak olub.

11 noyabr – Fələstin muxtariyyətinin uzun illər lideri olan Yasir Ərəfat Fransada müalicə aldığı xəstəxanada keçinib.

Sentyabr-noyabr – Ukraynada “narıncı inqilab” dalğası baş qaldırıb. Prezident seçkilərinin nəticələri ləğv olunub.

26 dekabr – Cənub-Şərqi Asiya sahillərində baş verən 8,9 bal gücündə zəlzələ və ardınca gələn sunami 500 mindən artıq insanın ölümünə səbəb olub.

1992-ci il

6 yanvar – Gürcüstan prezidenti Zviad Qamsaxurdiya dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılıb.

9 fevral – Əlcəzairdə 2 min insanın həyatına son qoyan vətəndaş müharibəsi başlayıb.

26 fevral – Xocalıda erməni silahlı dəstələri 613 nəfəri qətlə yetirərək, soyqırımı törədib.

2 mart – Bosniya və Hersoqovinada serblər, bosniyalılar və xorvatlar arasında vətəndaş müharibəsi başlayıb.

21 mart -  Tatarıstanın suverenliyi haqqında referendumda 62 faiz seçici müstəqilliyə “hə” deyib.

22 aprel – Meksikanın Qvadalhara şəhərində baş verən partlayışda 215 nəfər həlak olub.

29 aprel – ABŞ-ın Los-Anceles şəhərində zəncilərin irqi ayrı-seçkiliyə qarşı üsyanı zamanı 53 nəfər ölüb.

15 may – Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılıb.

7 iyun -  Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçilib.

22 iyun – Sonuncu Rusiya imperatoru II Nikolay və həyat yoldaşının qalıqları tapılıb.

26 iyun – Danimarka finalda Almaniyanı 2:0 məğlub edərək Avropa çempionu olub.

10 iyul – Panama diktatoru Manuel Noryeqa 40 il müddətinə həbs edilib.

5 may – Tacikistanda vətəndaş müharibəsi başlayıb.

9 may – Şuşanı ermənilər işğal edib.

7 avqust – Rusiyanın İvanovo vilayətində təyyarə qəzası 84 nəfərin ölümünə yol açıb.

1 noyabr – Türkiyə ordusu Şimali İraqda 1000-dən artıq PKK üzvünü məhv edib.

3 noyabr -  Bill Klinton Amerika prezidenti seçilib.

25 noyabr – Çexoslovakiya Çexiya və Slovakya adlı iki müstəqil dövlətə bölünüb.

6 dekabr – Hindistanda dini zəmində toqquşmalar 1500 nəfərin ölümünə səbəb olub.

22 dekabr  - Liviyada təyyarə qəzası 147 nəfərin həyatına son qoyub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir