Modern.az

Yeni parlamentin deputatları barədə yeni məlumat

Yeni parlamentin deputatları barədə yeni məlumat

23 Noyabr 2010, 16:05

4-cü çağırış Milli Məclisə mandat qazanan deputatlığa namizədlərin millət vəkili kimi noyabrın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında təsdiqlənəcəyi gözlənilir. Milli Məclisin ilk iclasının isə noyabrın 30-da keçiriləcəyi bildirlir. Modern.az Milli Məclisin yeni üzvlərinin iclas zalında harada, kiminlə yanaşı əyləşəcəyi barədə ötən günlərdə bəzi deputatların münasibətini təqdim etmişdi. Bu məsələylə bağlı saytımız yeni məlumat əldə edib.

birsizliklə Konstitusiya Məhkəməsinin qərarını gözləyən bəzi qalib namizədlər - əvvəlki deputatlar köhnə yerlərində əyləşəcəklərini bildiriblər. Amma millət vəkili mandatı alacaq yeni deputatlar iclas zalında harda istəsələr, əyləşə bilməyəcəklər.
 
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, artıq kimin kimlə əyləşməsi məsələsi həll olunub. Bu, xüsusilə ilk dəfə deputat seçilənlərə aiddr. Əldə etdiyimiz məlumata görə, yenidən deputat seçilən bəzi millət vəkillərinə rəhbərlikdən onların yanında hansı təzə mandat sahibinin əyləşəcəyi barədə xəbər verilib. Bu, o deputatlardır ki, onların yanındakı kreslo boşalıb, yəni ötən çağırışdakı həmkarı bu dəfə seçilə bilməyib. Məlumata görə, növbəti dəfə deputat seçilənlərdən bəziləri rəhbərliyin xəbərdarlığından narazı qalıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi