Modern.az

“Azəriqaz” regionlarda kompüterləşdirmə sistemi tətbiq edir

“Azəriqaz” regionlarda kompüterləşdirmə sistemi tətbiq edir

20 Oktyabr 2009, 18:02

Abunəçilərə göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz” İB-nin regionlarda fəaliyyət göstərən bölmələrində kompüter sisteminin tətbiq olunmasına başlanılıb.
Modern.az Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vaxta qədər regionlarda, rayon və kəndlərdə fəaliyyət göstərən qaz istismar sahələrində abunəçilərər xidmət primitiv üsullarla həyata keçirilirdi. Artıq 56 rayondan 54-nün kompüterlərlə təmin edilməsi prosesi başa çatdırılıb. Digər iki rayon - Naftalan və Kürdəmirdə isə bu istiqamətdə işlər davam etdirilir. Naftalanda kompüterləşmə işinin oktyabrın sonlarında, Kürdəmirdə isə 2010-cu ilin əvvəllərində başa çatdırılacağı nəzərdə tutulur. Bununla da abonentlərin istifadə etdikləri təbii qazın qeydiyyatı, uçotu, ödənişlərin poçt və bank bölmələri vasitəsi ilə həyata keçirilməsi üçün növbəti ildən yeni və daha rahat sistem fəaliyyətə başlayacaq.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir