Modern.az

Xarici pasportumuzda ad, soyad və ata adının yazılması nə qədər düzgündür?

Xarici pasportumuzda ad, soyad və ata adının yazılması nə qədər düzgündür?

24 Noyabr 2010, 18:19

Əksər xarici ölkələrdə vətəndaşların pasportlarında ancaq ad və soyad yazılır. Bəzi ölkələrdə isə ad və ata adı. Azərbaycanda isə ruslarda olduğu kimi, həm ad, həm soyad, həm də ata adı yazılır. Bu isə bir sıra ölkələrdə azərbaycanlılara atalarının adları və soyadları ilə müraciət edilməsinə gətirib şixarir. Bir sözlə, əcnəbilərdə anlaşılmazlıqlar yaradır.

Məsələyə Milli Məslisin deputatı, akademik Nizami Cəfərov münasibət bildirib: “Xarici ölkələrdə rəsmi sənədlərdə bir qayda olaraq ya ata adı yazılmır, ya da onun baş hərfi və soyad yazılır. Amma bizdə olan ənənə rus ənənəsidir. Bizdə də vaxtilə ikisindən biri olub. Ya soyad yazılıb, ya da ata adı olub. Amma rus sisteminə keçəndən sonra bizdə ad, ata adı, soyad kimi model formalaşıb. Düşünürəm ki, bunu itirməməliyik, müəyyənləşmiş bir hadisədi, həm də bu, əsas sənədlərdə fərqlənmək üçün olan bir şeydi. Biz onu saxlamalıyıq və saxlayırıq da. Ad və soyadlarla bağlı Elmər Akemidayasında xüsusi konsepsiya işlənib hazırlanıb. Orada da bu ənənə saxlanılıb”.

Digər deputat Sabir Rüstəmxanlı isə hesab edir ki, kimlik sənədlərində ad və soyadlarla yanaşı, ata adının da yazılması əslində Rusiyadan gələn ənənədir: “Əvvəllər bizdə belə bir şey olmayıb. Düşünürəm ki, gündəlik sənədlərdə ad və soyadların yazılması kifayətdir. Köklü sədənədlərdə isə ata adı qeyd olunmalıdır”.

Sabir Rüstəmxanlı bunun Avropaya inteqrasiya məsələsinə hec bir aidiyyatı olmadığını deyib: “Bu, hər bir ölkənin şəxsi işidir. Avropaya hec bir adiyyatı yoxdur. Avropaya inteqrasiya qanunun aliliyindən, insan haqlarının, demokratik dəyərlərin qorunmasından, onlara əməl olunmasından keçir”.

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?