Modern.az

Azərbaycanda alimin 100 yaşı tamam oldu

Azərbaycanda alimin 100 yaşı tamam oldu

Təhsil

28 Dekabr 2015, 15:13

 

Azərbaycanın ən qocaman alimi akademik İsmayıl İbrahimovun 100 yaşı tamam olur.

Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində prezident İlham Əliyevin mükafatlandırdığı akademik hazırda da elmi fəaliyyətini davam etdirir. O həm də Uşaq Fondunun prezidentidir.

1915-ci ildə anadan olan akademik bir çox məsul vəzifələrdə, həmçinin Azərbaycan SSRİ Nazirlər Sovetinin sədr müavini və indiki Azərbaycan Neft və Sənaye Universitetinin rektoru kimi çalışıb.

O, hazırda AMEA-nın Kibernetika İnstitutunda çalışır. İsmayıl İbrahimov Azərbaycanda informatika elminin banisi sayılır.


Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır