Modern.az

Bursa valisindən bayraq mübahisəsi ilı bağlı yeni açıqlama

Bursa valisindən bayraq mübahisəsi ilı bağlı yeni açıqlama

20 Oktyabr 2009, 17:31

Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-də keçirilmiş Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı açıqlama yayıb.
Modern.az-ın elektron ünvanına daxil olan  açıqlamada vali Azərbaycan bayrağı ilə bağlı səslənən qınaq və ittihamların haqsız olduğunu iddia edib: “Azərbaycan bayrağı eyni zamanda bizim bayrağımızdır və biz “bir millət-iki dövlət” anlayışını yeddidən yetmişə mənimsəmiş, qardaş Azərbaycanın sevincinə sevinib, kədərinə üzülmüşük. Türkiyə və Azərbaycan bayraqları bizim üçün eyni dərəcədə müqəddəs və əzizdir”.
Ş.Harput Bursa valiliyinin futbol matçının keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarının olmadığını, bunun FİFA-nın tələbi ilə gerçəkləşdiyini vurğulayıb. Onun iddiasına görə, FİFA öz statusu və təhlükəsizlik əsasnaməsinin müvafiq maddələrinə əsaslanaraq Azərbaycan bayraqlarının bu oyuna buraxılmayacağını, əks halda oyunun dayandırılacağını bəyan edib: "Bu qərarı yerinə yetirmək valiliyimizin məcburiyyətidir”.
Bursa valisi FİFA təmsilçilərinin də iştirakı ilə stadionun girişində 238 bayrağın toplandığını və normal qutulara yığıldığını deyib. O həmçinin qeyd edib ki, bəzi media orqanlarında yer alan xoş olmayan görüntülərin araşdırılmasına başlanıb: “Qüsurlu görüntülərlə bağlı hüquqi prosedur başlanacaq”.
Ş.Harput deyib ki, stadiona gizli yolla Azərbaycan bayrağı və Azərbaycan bayrağı keçirən vətəndaşlara hər hansı zorakı müdaxilə edilməyib. Nəticə etibarilə Türkiyə-Ermənistan milli matçı dinc və təhlükəsiz şəraitdə keçib.



 

 

 



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir