Modern.az

Bahar Muradova yeni parlamentin ilk iclasından danışdı

Bahar Muradova yeni parlamentin ilk iclasından danışdı

25 Noyabr 2010, 14:22

Məlum olduğu kimi, sabah Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxaraq, yekun qərarını verəcək.
4-cü çağırış Milli Məclisin işi ilə bağlı məsələyə toxunan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Bahar Muradova Modern.az-a bildirib ki, mətbuat ilk iclasın noyabın 30-da olacağını yazsa da, hələlik bu barədə konkret fikir söyləmək düzgün olmaz: «Parlamentin öz fəaliyyətinə başlaması ilə əlaqədar konkret prosedurlar var: seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinin təsdiq etməsi, bundan sonra mandatların təqdim olunması və sair. Bu da adətən, dekabr ayının əvvəllərinə, birinci ongünlüyünə təsadüf edir. Bu proseslər yenə qanunda nəzərdə tutulduğu müddətdə başa çatsa, yəqin ki, hər zaman olduğu kimi, bu dəfə də - dekabrın ilk öngünlüyündə 4-cü çağırış parlamentin ilk iclasını keçirmək mümkün olacaq. Ancaq indidən bu haqda da dəqiq fikir söyləyə bilmərəm».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır