Modern.az

Hərbi xidmətdən yayınanları Facebook vasitəsi ilə tapıblar

Hərbi xidmətdən yayınanları Facebook vasitəsi ilə tapıblar

25 Noyabr 2010, 14:30

İsrail ordusu hərbi xidmətdən yayınmaq üçün dini inanclarıyla bağlı yalan söyləyən qadınları tutmaq üçün Facebook-dan istifadə edir.

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, İsraildə hərbi xidmətdən yayınan qadınlar ortodoks yəhudi olduqlarını söyləyərək əsgərliyə getmirlər. Amma onların bu yalanlarını üstünü məşhur sosial paylaşım şəbəkəsi açıb. İsrail ordusu sosial paylaşma şəbəkəsindən istifadə edərək indiyə qədər bu mövzuda yalan söyləyən 1000-dən çox qadını müəyyən edib.

Belə ki, mühafizəkar dini baxışlarına görə hərbi xidmətdən imtina edən qadınların Facebook-a yerləşdirdikləri məlumatları yoxlayıblar. Bu zaman qadınların vərdişləri və sosial həyatlarına dair yer alan məlumatlar onların yalan söylədiklərini ortaya çıxarıb. İsrail ordusundan yüksək rütbəli bir şəxs verdiyi məlumatda hərbi xidmətdən azad tutulan qadınların Facebook-da açıq paltar geyərkən və ya yəhudi dini qanunlarına görə hazırlanmamış yeməklər yeyərkən çəkilən fotoları yerləşdirilib.

Hərbi xidmət, 18 yaşdan yuxarı çox İsrailli üçün məcburidir. Kişilərin üç, qadınların isə iki il hərbi xidmətdə olması vacibdir. Ancaq əsgər olmamaq üçün bir sıra səbəblər var ki, bunlardan biri də ortodoks yəhudi olmaqdır. İsraildə qadınların yüzdə 35-nin dindar olaraq hərbidə iştirak etmədiyi iddia edilir.

Ancaq ordu bu insanların çoxunun əslində dünyəvi həyat yaşadığını və buna uyğun olaraq da hərbi xidmətdə iştirak edəbiləcəklərini düşünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı