Modern.az

Türkiyə-Ermənistan protokolları Böyük Millət Məclisində (yenilənib)

Türkiyə-Ermənistan protokolları Böyük Millət Məclisində (yenilənib)

21 Oktyabr 2009, 09:42

Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına dair bu il oktyabrın 10-da Sürixdə imzalanan protokolun təsdiqlənməsinə dair qanun layihəsi oktyabrın 21-də Türkiyə Böyük Millət Məclisi Başqanlığına təqdim edilib. Modern.az "CNN Türk"-ə istinadən xəbər verir ki, oktyabrın 21-də günortadan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu protokolla bağlı Böyük Millət Məclisində deputatlara məlumat verib. Ə.

Davutoğlunun hökumət adından etdiyi çıxışın parlamentdəki qruplar da mövzuyla əlaqədar fikirlərini ifadə ediblər. Milliyətçi Hərəkat Partiyasının millət vəkili qrupu adından danışan Oktay Vural bildirib ki, Ermənistanla protokollar türk millətindən uzun müddət gizlədilib. Millət vəkili qeyd edib ki, Ermənistan nə Qarabağ, nə adına soyqırımı dediyi, nə də Türkiyəyə ərazi iddialarından əl çəkmədiyi, Türkiyənin sərhədini tanımadığı bir halda hökumətin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini başa düşə bilmir: "Nə dəyişib? Hansı dövlətdən sərhədlərini tanımayan bir dövlətlə əlaqələrini genişləndirməyi gözləyə bilərsiniz? Bu sözləri 2005-ci ildə indi prezident, o zamansa Xarici İşlər naziri olan Abdullah Gül deyirdi. İndi nə dəyişib ki?!" Oktay Vural MHP-nin millət vəkili qrupunun Türkiyə və Azərbaycanın mənafelərinə zidd hesab etdiyi bu protokolların Məclisdə təsdiq edilməsinə imkan verilməyəcəyini bildirib. Demokratik Toplum Partiyasının təmsilçisi Selahattin Demirtaş Ermənistanla münasibətlərin normallaşdırılmasını müdafiə etdiklərini bildirib. Amma o, hökumətin normallaşdırmada səmimi olmadığını, bu səmimiyyəti sübut etmək üçün Türkiyə dərsliklərində «erməni düşmənçiliyi»nin aradan qaldırılmasının lazım olduğunu deyib. Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili qrupu adından danışan Mustafa Şükrü Elekdağ da protokolların Azərbaycan xalqını incitdiyini, onun ardınca da Bursada Ermənistanla futbol oyununda Azərbaycan bayrağını stadiona buraxmamaqla Türkiyə rəsmilərinin çox ciddi səhvlərə yol verdiyini bildirib. Elekdağ qeyd edib ki, Bursa valisi FİFA-nın adı ilə əslində özü Azərbaycan bayrağına qadağa qoyub: Mustafa Şükrü Elekdağ bildirib ki, Türkiyə bayrağı stadiona buraxmaqla nə qədər səhv edibsə, Azərbaycanda da Şəhidlər Xiyabanından Türkiyə bayrağını götürməklə o qədər səhv ediblər. O, deyib ki, Ermənistanla imzalanan protokollarda bir yerdə də Qars və Moskva razılaşmalarına toxunulmayıb. Halbuki Türkiyənin şərq sərhədləri məhz həmin sənədlərlə təsdiq edilib, Türkiyə həmin sənədlərlə Naxçıvanın təminatçısı olub. Ermənistan Türkiyə ilə sərhədi tanıyırdısa, protokollarda bu sənədlərə istinadlar olmalı idi. İqtidarda olan Ədalət və İnkişaf Partiyasının millət vəkili qrupu adından çıxış edən Ömer Çelik bildirib ki, Türkiyə Ermənistanla protokollar vasitəsilə öz qonşusunda sabitlik və inkişaf görmək istəyir. O deyib ki, Ankara bütün qonşularına sabitlik ixrac etməklə öz sabitliyini qorumaq istəyir. Ömer Çelik protokolların Azərbaycanın maraqlarına zidd olması barədə fikirləri də qəbul etmədiyini deyib: "Azərbaycanla bağlı siyasət dəyişməyib, Qarabağ azad edilməyincə, sərhəd açılmayacaq". Qrup təmsilçilərinin çıxışlarından sonra millət vəkilləri xarici işlər nazirini həm də soyqırımı iddiasını danmağı cinayət hesab edən İsveçrədə imzalamağa görə tənqid ediblər. MHP-dən olan millət vəkilləri bildiriblr ki, soyqırımı iddiasını araşdıracaq komissiyada İsveçrədən də nümayəndə salınması nəzərdə tutulub. Halbuki artıq İsveçrə sanki məsələni araşdırıb da erməni iddiasını soyqırımı kimi tanıyıb. CHP-dən olan millət vəkilləri isə deyiblər ki, protokollarda əsas uğur kimi təqdim edilən soyqırımı iddiasını araşdıracaq müştərək komissiya yaradılmasını Yerevanda başqa cür başa düşürlər. CHP-li millət vəkilləri Ermənistanın xarici işlər nazirinin çıxışlarını əsas gətirərək bildiriblər ki, Nalbandyan bu komissiyanın qurbanlara dəyən ziyanı və veriləcək təzminatı araşdıracağını deyib. İndi qanun layihəsi TBMM Başqanlığı tərəfindən Xarici işlər komissiyasına verilməlidir. Layihə

komissiyada qəbul edilsə, ratifikasiya üçün TBMM-in ümumi iclasına çıxarılacaq.

Protokollar parlamentdə təsdiq edilərsə, Ermənistan ilə Türkiyə arasındakı sərhədlər 2 ay ərzində açılmalıdır.

Bu səbəbdən sənədlərin imzalanması Azərbaycanda, eləcə də, Türkiyənin daxilində, xüsusilə müxalifət dairələrində böyük narazılıqla qarşılanıb.

Protokolların məzmunu

İsveçrınin Sürix şəhərində imzalanan protokol iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınmasını nəzərdə tutur.

Protokol çərçivəsində Türkiyə ilə Ermənistan "bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərə müdaxilə etməmə, torpaq bütünlüyü və sərhədlərin toxunulmazlığı" normalarına hörmətl etməlidirlər. Bundan başqa, i

ki ölkə aradakı mövcud sərhəddi beynəlxalq hüququn əlaqədar andlaşmalarında təsvir edildiyi şəkildə qarşılıqlı olaraq tanıyarcaq, ortaq sərhəddin açılmasını qərarlaşdıracaq.

Protokol görə, hər iki ölkə terrorizmin bütün formalarını qınayaraq, bu cür hərəkətlərin təşviqindən və ya dözüm görməsindən qaçmağı, terrora qarşı mübarizədə əməkdaşlığa getməyi münasib sayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir