Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi məktəb direktorlarını cəzalandıracaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi məktəb direktorlarını cəzalandıracaq

25 Noyabr 2010, 16:06

Bu həftənin əvvəlindən başlayaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil müəssisələrində reydlərə başlayıb. Reydlər zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir verilir. Modern.az-ın məlumatına görə, məktəblərdə çoxlu nöqsanlar aşkarlanıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı saytımıza bildirib ki, reydlər zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət edilir.
Reydlər məktəblərə xəbər verilmədən qəfil keçirlir.

Zəminə Əliqızı deyib ki, aparılan reydlər noyabrın sonunda başa catacaq. Dekabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsi reydlərin yekun nəticələrinə həsr olunmuş iclas keçirəcək. Bundan sonra aşkarlanan nöqsanlar ictimaiyyətə catdırılacaq. Müsahibimiz onu da bildirib ki, nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri barədə müəyyən təbirlər görüləcək.
“Reydlərin ümümilikdə 50 məktəbdə kecirilməsi nəzərdə tutulub. Bu günədək Bakı şəhəri üzrə 20 ümumtəhsil  müəssisəsində reydlər başa çatdırılıb”-deyə Z.Əliqızı vurğulayıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, reydlər keçirilən bir sıra məktəblərdə çoxlu nöqsanlar aşkarlanıb. Nöqsanların əsasən şagirdlərin dərsə davamiyyəti, məktəb binalarındakı sanitar qovşaqlarda-ayaqyollarında-natəmizliyin hökm sürməsi, bufetlərdə sağlamlığa zərəli qidaların satılması ilə bağlı olduğu bildirlir.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər