Modern.az

İlham Əliyev Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

İlham Əliyev Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

25 Noyabr 2010, 16:12

Prezident İlham Əliyev noyabrın 25-də Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib.

Baş nazirin müavini Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. O, Türkmənistan Prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük önəm verdiyini deyib, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğulayıb. Qonaq Türkmənistan Prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirib.

Dövlət başçısı bu yaxınlarda Türkmənistan Prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırladıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Prezident İlham Əliyev zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd edib. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlət başçısı Türkmənistan Prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırıb.

Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub