Modern.az

Ermənilər tələb edir: "Sərkisyan həbs edilsin!"

Ermənilər tələb edir: "Sərkisyan həbs edilsin!"

25 Noyabr 2010, 16:56

Ermənistnaın ictimai-siyasi təşkilatı olan “Xalq hakimiyyəti” erməni ordusunda baş vermiş son silahlı insidentlə bağlı bəyanat yayıb.

Modern.az erməni internet resurslarına istinadən bildirir ki, təşkilat prezident Serj Sərkisyanı istefa verməyə çağırıb. “Biz Serj Sərkisyan başda olmaqla korrupsiyaya uğrayan kriminallaşmış bütün komandir heyətinin təcili olaraq istefa verməsini tələb edirik”-deyə sənəddə bildirilir. Qurum baş vermiş faciəli hadisədə ali baş komandan kimi Serj Sərksyanın məsuliyyət daşıdığını qeyd edib. 

“Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Movses Akopyan cinayət məsuliyyətinə cəlb edilməlidir”-deyə bəyanatda vurğulanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub