Modern.az

Məşhurların övladları: Paşa Qəlbinurun həkim oğlu - FOTOLAR

Məşhurların övladları: Paşa Qəlbinurun həkim oğlu - FOTOLAR

Reportaj

1 Yanvar 2016, 13:29


Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycanın məşhur göz həkimi, professor, şair Paşa Qəlbinurun oğlu Tural Qəlbinur haqqındadır.

Tibb elmlər doktoru,  professor, əməkdar elm xadimi, əməkdar həkim, oftomoloq və şair Paşa Qəlbinur (Musayev) 1952-ci ildə martın 30-da Azərbaycanın Şəmkir rayonunun Çinarlı kəndində anadan olub. 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həmin ildən Gəncə və Bakı şəhərlərində göz həkimi işləyib.
1978-1981-ci illərdə S.M.Seçenov adına I Moskva Tibb İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. 1981-ci ildə Azərbaycan Tibb İnstitutunun Oftalmologiya kafedrasının assistenti, 1988-ci ildən professoru, 1990-cı ildən isə həmin kafedranın müdiridir.
1987-ci ildən tibb elmləri doktorudur. Rəhbərliyi altında 2 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə olunub. 260-dan artıq nəşr olunmuş elmi işləri, monoqrafiyaları var, 10 elmi ixtiranın müəllifidir, azərbaycanca "Göz xəstəlikləri" dərsliyinin müəllifidir. 
Bir çox beynəlxalq elm cəmiyyətlərində təmsil olunan P.Qəlbinur bununla yanaşı, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin də üzvüdür. Bir sıra şeirlər kitabının müəllifidir.
Dünyanın bir çox ölkələrində elm konqreslərin işturakçısı olub. İstər elm, istərsə də poeziya sahəsində dəfələrlə mükafatlara layiq görülüb. Professor Paşa Qəlbinur əmək fəaliyyətinin başladığı dövrdən indiyədək 30 mindən çox cərrahi əməliyyat aparıb.

Tural Qəlbinur Paşa Qəlbinurun 3 övladından biridir. O, Bakıda doğulub, Bakı Özəl Türk Liseyində təhsil alıb və 1995-ci ildə 286 nömrəli məktəbi ekstern yolu ilə bitirib. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. O, 13 yaşında universitet tələbəsi olan nadir gənclərdən biridir. T.Qəlbinur  2001-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
2001-2005-ci illərdə İstanbulun SSK Vakif Gureba tədris xəstəxanasının göz xəstəlikləri kafedrasında göz xəstəlikləri ixtisası üzrə böyük təcrübə keçib. 2006-2008-ci illərdə İsraildə, Hadassah-Hebrev Universitetinin vitreoretinal cərrahiyyə şöbəsində medikal və cərrahi vitreoretinal üst ixtisasını bitirib. 2009-cu ildə isə böyük rəqabətlə Kanadanın Toronto Universitetinin göz xəstəlikləri kafedrasına qəbul edilərək, vitreoretinal cərrahiyyə üst ixtisasını davam etdirib, 2010-cu ildə universitetin məzunu olub.
Tural 2004-cü ildə atasının elmi rəhbərliyi altında “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Gənc alim 5 dil bilir (onların sırasında İvrit dili də var), oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatları həyata keçirib. O, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət olunur. Məqalələri maraqla qarşılanır. Azərbaycanda gözdibi xəstəliklərinin dərin bilicisi kimi daha çox onun adı hallanır. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb.
Hazırda Respublika Diaqnostika Mərkəzinin Oftolmoloji klinikasında həkim-oftalmoloq kimi çalışır.

A.Qorxmaz

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/


Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/


Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/


Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/


Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/


Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/


Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/


Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/


Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/


Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/


Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/


Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/
 

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/


Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/


Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/
 

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/


Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/


Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
  

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/


Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/


Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/


Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/
  

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/
  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/


Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/


Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/
 

Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/

Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/

Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/


Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/

Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/

Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/

Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/ 

Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/

Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/

Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/
  

Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/


Maqsud İbrahimbəyovun rejissor oğlu – FOTO
//modern.az/articles/76828/1/
 

Mənsum İbrahimovun diplomat qızı
//modern.az/articles/80843/1/
 

Firudin Cəlilovun cərrah oğlu - FOTOLAR
//modern.az/articles/87563/1/


Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTOLAR
//modern.az/articles/89372/1/
 

Sabir Rüstəmxanlının prezident oğlu – FOTOLAR
//modern.az/articles/90335/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?