Modern.az

MSK şikayətlərə yenə də “yox” dedi

MSK şikayətlərə yenə də  “yox” dedi

25 Noyabr 2010, 17:53

Noyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən 3-nün qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılması, digər 5-nin isə əsassız olduğundan təmin edilməməsi qərara alınıb.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
MSK noybarın 27-nə qədər şikayətlərə baxacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı