Modern.az

Səudiyyə Ərəbistanında etiraz aksiyaları başladı

 Səudiyyə Ərəbistanında etiraz aksiyaları başladı

2 Yanvar 2016, 21:23


Səudiyə Ərəbistanında etiraz aksiyaları başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə etiraz edənlər şiə müsəlmanları olub.

Belə ki, ölkənin şərqində yerləşən El-Katif şəhərində küçələrə çıxan insanlar terrorçuluğa görə həbs edilən, şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrinin edam olunmasına öz etirazlarını bildiriblər.

Etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər.

Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.  

Digər bir din xadimi isə deyib ki, Ayətullah Nemr Bakır ən-Nəmrinin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.  

Bir daha xatırladaq ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam edilib. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı