Modern.az

Gələn il jurnalistika üçün qabiliyyət imtahanı tətbiq edilməyəcək

Gələn il jurnalistika üçün qabiliyyət imtahanı tətbiq edilməyəcək

Ölkə

25 Noyabr 2010, 18:49

2011/2012-ci il qəbul imtahanlarında jurnalistika ixtisasına daxil olmaq istəyənlər üçün qabiliyyət imtahanı tətbiq olunmayacaq. Bu barədə Azərbaycan Media Mərkəzində keçirilən debatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bunun üçün ən azı iki il qabaq abituriyentlərə xəbərdarlıq etmək lazımdır. 

TQDK sözcüsü son zamanlar müzakirəyə səbəb olan tələbələrin təsadüfən bu fakültələrə düşmələri ilə bağlı deyilən fikirlərə etiraz edib. TQDK rəsmisi bildirib ki, abituriyentlər əvvəlcə imtahan verirlər və daha sonra yığdığı bala görə ixtisas seçimi edirlər.

Bu gün peşəkar markerlərin (qabiliyyət imtahanı üzrə mütəxəssis) hazırlanmasına ehtiyac olduğunu deyən E. Nağızadənin fikrincə, magistratura pilləsinə qəbul imtahanlarında jurnalistlər ixtisaslarına uyğun esse (inşa) yazırlar ki, bunların da yüksək markerlər tərəfindən yoxlanılması zəruridir: “Magistraturaya imtahanlarda esse yazırlar. I mərhələdə onların nəzəri bilikləri yoxlanılır. II mərhələdə esse yazırlar. Magistraturada bunu aparmaq asandır” – deyə TQDK rəsmisi əlavə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır