Modern.az

Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırılıb

Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırılıb

3 Yanvar 2016, 00:41


İran Məclisi (parlamenti) şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini Ər Riyadla diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Məclisin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Hüseyn Subhanini bildirib.   

“Məclisin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İran Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb. Komissiya həmçinin Ər Riyadın Tehrandakı səfirliyinin əməkdaşlarının sayının azaldılmasını təklif edib”, deyə Hüseyn Subhanini bildirib.  

Qeyd edək ki, şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz edən yüzlərlə Məşhəd sakini ötən axşam Səudiyyə Ərəbistanının konsulluq binasına hücum edib. Bundan əvvəl İran XİN-i  Səudiyyə Ərəbistanının Tehrandakı işlər müvəkkilini çağıraraq şiə din xadimi Nimr ən-Nimrin edam olunması ilə əlaqədar etirazını bildirib. 

Paytaxt Tehranda da iranlı tələbələr Səudiyyə Ərəbistanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.      

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir